Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var - FOTO

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var - FOTO
Hadisə 876

 

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

BAKU.WS report-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. 

Şəhər ərazisində 1 nömrəli marşurut xətti üzrə fəaliyyət göstərən "Hyundai" markalı sərnişin avtobusu Gəncə şəhər sakini Əbülfəz Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2105" markalı avtomaşının sürücüsü və avtomobildə olan sərnişin Zemfira Zeynalova baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər