Azərbaycanda iki ailə qəzaya düşdü: 7 nəfər xəsarət aldı
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb.
Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Oruc Vəliyevin idarə etdiyi "VAZ -2106" markalı avtomaşın qarşı tərəfdən gələn rayonun Tatarlı kənd sakini, 1989-cu il təvəllüdlü Xaliq İsmayıl oğlu Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Səadət Ziyad qızı Vəliyeva, "VAZ-2105" markalı avtomaşının sürücüsü, onun qardaşı 1994-cü il təvəllüdlü Xalis İsmayıl oğlu Bayramov, valideynləri İsmayıl Bayramov və Şəfiqə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan S.Vəliyeva və X.Bayramovun vəziyyətlərinin ağır olduğu bildirilib.
Qeyd edək ki, "VAZ -2106" markalı avtomobilin sürücüsü O.Vəliyev hərbçidir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 263.1 ( nəqliyyatda bir və daha artıq şəxsin sağlamlığına ağır və az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli qəza: 2 maşın toqquşdu, 6 nəfər yaralandı
Ötən gecə Bakının Pirallahı rayonunda magistral yolda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, Dübəndi ma...