Toyda anasının ölüm xəbərini eşidən sürücü qəzaya düşdü - VİDEO/FOTO

Toyda anasının ölüm xəbərini eşidən sürücü qəzaya düşdü - VİDEO/FOTO
Video
Hadisə 2599
 

Şəki rayonunda toydan yasa gedən şəxslər qəzaya düşüblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax rayonunun Turaclı kənd sakinləri  -  "Mercedes"in  sürücüsü H.Həsənov, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, 1964 - cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva, 1958 - ci il təvəllüdlü Türkan Məhəmməd qızı Əsədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən şəxslər Mingəçevir şəhərinə toy mərasiminə gediblər. Lakin onlara Qax rayonunun Turaclı kəndində yaşayan qohumlarının - Həsən Həsənov, Diləfruz Həsənova və Səbuhi Həsənovun anasının ölüm xəbəri verilib. Onlar da Qax rayonuna qayıdarkən yolda qəzaya düşüblər.

BAKU.WS

Oxşar xəbərlər

Toydan qayıdan ailə qəzaya düşdü: 4 yaralı - FOTO

Toydan qayıdan ailə qəzaya düşdü: 4 yaralı - FOTO

Toydan qayıdan ailə üzvləri və qohumlar qəzaya uğrayıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza hadisəsi saat 1.00 radələrində Bakı-Qazax magistralın...

1244 Hadisə 09:27 31 iyul 2016

Son xəbərlər