Toy gecəsi həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdü — TƏFƏRRÜAT
27
avq
2018
11:58
Gəncə Apellyasiya Məhkəməsində arvadını qısqanclıq zəminində öldürən şəxsin məhkəməsi başlayıb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunan Həsənov Ramil Rafiq oğlunun məhkəmə prosesinə hakim Teyyub Muxtarov sədrlik edəcək. Ötən ilin sentyabr ayında Daşkəsən rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.Rayonun Bayan kəndindən verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.“Onlar evlənəndən sonra Bakıda yaşayırlar. Neçə vaxt idi Könül kənddə idi. Könülün əmisi oğlunun toyu idi. Toydan bir gün əvvəl də Ramil kəndə gəlib. Toy başa çatandan sonra bunlar öz evlərinə gedib. Deyilənə görə, toydan sonra gecə aralarında mübahisə olub və Ramil Könülü öldürüb. Ondan sonra da gedib polisə təslim olub. Deyib ki, arvadımı öldürmüşəm”.Kənd sakinləri deyir ki, Ramil Həsənovun səhhətində heç bir problem olmayıb: “Sağlam adamdır. Bir oğlan övladı da var”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda arvadını öldürən ərdən ŞOK SÖZLƏR - "Səndən həzz almıram"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS "report"a ist...