Bakıda mikroavtobus qəzasında yaralanan şəxslərdən biri öldü
09
okt
2018
13:15
Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib.
Q.Salayeva orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
BAKU.WSOxşar xəbərlər
DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrin...