Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəzadan RƏSMİ MƏLUMAT – VİDEO

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəzadan RƏSMİ MƏLUMAT – VİDEO
Video
Hadisə 9210
Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. BAKU.WS

Son xəbərlər