Daha bir məmur oğlu qəza etdi: yüksək sürət və... 2 ölü, 2 yaralı
08
sen
2017
15:48
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini - A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Səbail RPİ tərəfindən araşdırma aparılır.Bildirildiyinə görə, A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.BAKU.WS
Oxşar xəbərlər
Bakı polisinin şöbə rəisinin düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında "Subaru"...