Bakıda yüksək vəzifəli polisin oğlu yol qəzasına düşüb - 2 nəfər ölüb (YENİLƏNİB)

Bakıda yüksək vəzifəli polisin oğlu yol qəzasına düşüb - 2 nəfər ölüb (YENİLƏNİB)
Hadisə 11952
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.İlkin məlumata görə, “Prado” markalı avtomobil idarəetməni itirərək “Subaru” markalı maşına dəyib.“Subaru” yoldan çıxaraq yolun əks tərəfində hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”də olan şəxslərdən ikisi dünyasını dəyişib. Daha iki nəfər isə xəsarət alıb.Qeyd edək ki, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.O, qəza nəticəsində yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Salamnews" yayıb.***Bakıda ölümlə nəticələnən ağır yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.Kliniki Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, qəzada xəsarət alanlar 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu KTM-ə çatdırılıb, onlara zəruri tibbi yardım göstərilir.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun qəzada xəsarət alan oğlu Arif Rəhimovun xəsarətləri yüngül olduğundan o, xəstəxanaya müraciət etməyib.Qeyd edək ki, daha iki nəfər - 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu qəzada ölüb.BAKU.WS

Son xəbərlər