Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə 1956
 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 15.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.

Nəticədə A. Hüseynovun sərnişini Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb. Özünə və digər sərnişininə, habelə M. Mustafayevin sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qadın sürücü piyadanı öldürdü

Qadın sürücü piyadanı öldürdü

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS DİN-ə istinadən bildirir ki, oktyabrın 27-də saat 09 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbə...

1991 Hadisə 14:01 28 oktyabr 2016

Son xəbərlər