Bakıda PPX ilə "Porsche"nin toqquşduğu dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Bakıda PPX ilə Porschenin toqquşduğu dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT
Hadisə 2473

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi "Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi "Fiat-Dobla” markalı avtomobilə vurub.

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda PPX ilə "Porsche"nin toqquşduğu dəhşətli qəza anı (VİDEO)

Bakıda PPX ilə "Porsche"nin toqquşduğu dəhşətli qəza anı (VİDEO)

Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb. Toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim e...

70664 Hadisə 16:37 30 may 2017

Son xəbərlər