Bakıda ağır qəza: “VAZ” avtobusla toqquşub, ölən və xəsarət alanlar var

Bakıda ağır qəza: “VAZ” avtobusla toqquşub, ölən və xəsarət alanlar var
Hadisə 3030
Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-də saat 7 radələrində Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtobusa vurub. Nəticədə İ.Ağayev hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər