Bakıda yol kənarında 3 nəfəri maşın vurdu – 1 ölü, 2 yaralı

16
avq
2018
13:45
Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb.Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub.Hadisə nəticəsində S.Mustafayev hadisə yerində ölüb. Digər iki piyada isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Xətai rayon Polis İdarəsi araşdırma aparır.BAKU.WS

Oxşar xəbərlər
Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü
Bakıda süpürgəçini maşın vuraraq öldürüb.Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal...