Bakıda ana və oğlunu maşın vurdu
28
sen
2015
12:13
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 26-da Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadının 150 minlik cinayəti
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın ev...