Nənə və nəvəni maşın vurdu: biri öldü
15
avq
2016
12:26
Sumqayıt şəhərində nəvə və nənəni maşın vurub, bir nəfər ölüb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib və G.Qasımova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi faktla bağlı araşdırma aparır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtomobil 3 piyadanı vurub
Bakıda avtomobil 3 piyadanı vurub. BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xoc...