Bakıda avtomobil 3 piyadanı vurub

Bakıda avtomobil 3 piyadanı vurub
Hadisə 1064
 

Bakıda avtomobil 3 piyadanı vurub.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. BAKU.WS nazirliyin mətbuat xidmətinə istinadən xəbə...

1497 Hadisə 12:44 29 aprel 2016

Son xəbərlər