Bakıda avtobus qucağında uşaq olan qadını vurdu
09
apr
2016
13:44
Bakıda avtobus qucağında uşaq olan qadını vurub.
BAKU.WS-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi "Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir avtobus qəzası - ölən və yaralananlar var
Bakıda daha bir avtobus qəzası baş verib. BAKU.WS xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolund...