Bakıda avtobusla qatarın toqquşması nəticəsində ölənlərin sayı 2-yə çatdı – VİDEO

Bakıda avtobusla qatarın toqquşması nəticəsində ölənlərin sayı 2-yə çatdı – VİDEO
Video
Hadisə 1833
Daxili İşlər Nazirliyi Bakıda avtobusla qatarın toqquşması hadisəsi ilə bağlı məlumat yayıb.BAKU.WS nazirliyin ssaytına istinadən xəbər verir ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə, sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib. Yaralılardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölübər. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır. BAKU.WS

Son xəbərlər