Bakıdakı dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: Qaçan sürücü tutuldu

Bakıdakı dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA: Qaçan sürücü tutuldu
Hadisə 2778
Daxili İşlər Nazirliyi 39 saylı avtobusun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb.BAKU.WS-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində “Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub.Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb.Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.BAKU.WS

Son xəbərlər