Bakıda avtobus və qatarın toqquşması ilə bağlı cinayət işi başlandı

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qatarla avtobusun qəza səbəbi məlum oldu – RƏSMİ
Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.BAKU.WS xəbər verir ki, bu barədə açıqlam...