Bakıda qatarla avtobusun qəza səbəbi məlum oldu – RƏSMİ
01
okt
2018
16:52
Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.BAKU.WS xəbər verir ki, bu barədə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə deyib. Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır". Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda hadisə: elektrovoz aşdı, sərnişinlər çətin anlar yaşayır (RƏSMİ)
Bu gecə Azərbaycan Dəmir Yollarında hərəkət edən bir çox qatarların hərəkətində gecikmələr olub.Bu barədə BAKU.WS-ə sərnişinlər məlumat veriblər.Məsələni dəqiql...