Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi AÇIQLAMA

Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi AÇIQLAMA
Hadisə 1902
Bakıda iki marşrut avtobusu toqquşub.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, qəza nəticəsində xəsarət alan 3 nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər