Bakıda evdə PARTLAYIŞ - Ölən və yaralananlar var

Bakıda evdə PARTLAYIŞ - Ölən və yaralananlar var
Hadisə 1081
Bakıda evdə odun sobası partlayıb.BAKU.WS trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.Nəticədə odun sobası partlayıb.N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.1 yaşlı Məhəmməd xəstəxanada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər