Bakı metrosunu su basması ilə bağlı rəsmi açıqlama (VİDEO)
23
sen
2018
12:59
Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb. “Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, - deyə o bildirib. B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib. Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub. BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunu su basdı - dəhşətli görüntülər (VİDEO)
Bakıya yağan yağışlar metrostansiyaların da işinə mənfi təsir edib. BAKU.WS-in məlumatına görə, güclü yağış nəticəsində Memar Əcəmi metrostansiyasının keçidini...