Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO

Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO
Video
Hadisə 1801
Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.Tovuz Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir."Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır", - deyə icra rəsmisi əlavə edib.BAKU.WS

Oxşar xəbərlər

Güclü leysan Tovuzda fəsadlar yaradıb

Güclü leysan Tovuzda fəsadlar yaradıb

Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub. BAKU.WS APA-ya isdtinadən xəbər verir ki, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollar...

2570 Sosial 19:16 29 may 2018

Son xəbərlər