Göyçayda həyətləri lil basıb

Göyçayda həyətləri lil basıb
Sosial 1348
Göyçayda güclü leysan fəsadlar törədib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gecədən başlayan leysan yağışları bu gün axşam daha da şiddətlənib.Yağışın əmələ gətirdiyi sel suları Göyçay şəhərinin şimalındakı fərdi yaşayış evlərini və dağətəyi ərazidə yerləşən həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb.Rayonun Qarabaqqal kəndində sel suları su ötürücüsünü, avtomobil yolunu dağıdıb, elektrik dirəkləri və ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən Göyçay şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayanıb.BAKU.WS

Oxşar xəbərlər

"Suyun içində üzürük" - Şamaxıda leysan ciddi fəsadlar törətdi - VİDEO

"Suyun içində üzürük" - Şamaxıda leysan ciddi fəsadlar törətdi - VİDEO

Gecə saatlarında yağan güclü leysan yağışları Şamaxı sakinlərinə çətin anlar yaşadıb. ARB TV xəbər verir ki, rayona elektrik enerjisinin verilməsində fasilələr...

1564 Hadisə 17:08 09 iyun 2017

Son xəbərlər