İsmayıllıya dolu düşdü

İsmayıllıya dolu düşdü
Hadisə 1144
 

Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. 

Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir. 

BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıya sel gəldi: Evlər su asltında qaldı - VİDEO

İsmayıllıya sel gəldi: Evlər su asltında qaldı - VİDEO

İsmayıllı rayonuna güclü leysan və dolu düşüb. BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxal...

965 Hadisə 13:30 02 sentyabr 2016

Son xəbərlər