Güclü yağış və dolu Lerikdə fəsadlar törədib
15
may
2017
23:22
Güclü yağış və dolu Lerikdə fəsadlar törədib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.
Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayon rəsmiləri daha böyük fəsadların qarşısını almaq məqsədi ilə enerjinin verilişində məcburi fasilələrə yol verildiyini bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Xaçmazda qasırğa - Ağac evin üzərinə aşdı, binaların damı uçub - VİDEO
Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib. ARB Şimal xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində yerlə...