Güclü külək elektrik enerjisinin verilişində problemlər yaradıb
Güclü külək cənub bölgəsində fəsadlara səbəb olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hazırda Masallıda külək səngimək bilmir. Külək əsasən enerji təsərrüfatına ciddi ziyan vurub. Masallı rayonunun əksər kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb. Aidiyyəti qurumlar ərazilərə cəlb olunub. Bir neçə kəndə enerjinin bu gecə bərpasının mümkün olmayacağı bildirilir. Külək səbəbindən elektrik dirəkləri sıradan çıxıb.
Analoji hadisə Lerik rayonunda da müşahidə olunub. Güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Bir qədər əvvəl rayon mərkəzinə və bir neçə yaxın kəndə elektrik enerjisinin verilişi bərpa edilib.
Qeyd edək ki, güclü külək hazırda da Masallıda əsməkdədir, Lerik rayonunda isə külək bir qədər səngiyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda güclü külək eyvanın pəncərəsini yerindən qopardı (VİDEO)
Bu gün Bakının Yasamal rayonu Şərifzadə 201 A ünvanında külək eyvanın pəncərisini qopararaq küçəyə atıb. BAKU.WS-in məlumatına görə, güclü külək eyvanın plast...