Prezidentdən şad xəbər: 42 milyon borc silindi

Prezidentdən şad xəbər: 42 milyon borc silindi
Sosial 6481

Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.

APA-nın məlumatına görə, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: "Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu yaranıb.

BAKU.WS

Oxşar xəbərlər

Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi - VİDEO

Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi - VİDEO

Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə...

1732 Video 21:15 21 iyun 2016

Son xəbərlər