Bu gecə də işıqlarımız sönəcək?

Bu gecə də işıqlarımız sönəcək?
Sosial 1347

Dünən gecədən başlayaraq Azərbaycanda güclü külək əsməsi, qar və yağış yağması nəticəsində hər il olduğu kimi bir çox kommunal  problemlər yaradıb.

BAKU.WS-in məlumatıan görə, Bakı və Abşeron da daxil olmaqla bir çox ərazilərdə işıqlar sönüb. Problemlər əsasən Binəqədi, Yasamal, Nərimanov, Qaradağ, Sabunçu rayonlarında və Abşeron ərazisində özünü göstərib. Bundan əlavə, Quba, Qusar, Lənkəran, Astara və bəzi rayonlarda da elektrik enerjisinin verilməsində problemlər yaranıb.

BAKU.WS-ə daxil olan müraciətlərə əsasən işıq problemi hələ də bəzi ərazilərdə həll edilməyib. Əhali işıq probleminin nə vaxt həll olunacağından və bu gecə də işıqsız qalmalarından narahat olduqlarını bildirirlər. Məsələyə aydınlıq gətirmək üçün "Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə bildirib ki, dünən gecə güclü külək əsməsi, qar və yağışın yağması nəticəsində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Qurum rəsmisi işıq kəsilməsində onların heç bir günahının olmadığını vurğulayaraq əlavə etdi ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

"Bakı, Abşeron rayonunda güclü külək əsdiyi üçün bəzi yerlərdə işıq dirəklərinə zərər dəyib. Ağaclar aşaraq elektrik naqillərini sıradan çıxarıb. Lənkəranda daşqın nəticəsində elektrik enerjisinin verilişində problemlər yaranıb. Bütün ərazilərə əməkdaşlarımız cəlb olunub. Artıq çox yerdə işırlar yanır. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilməsi bərpa olunacaq”, - deyə Tanrıverdi Mustafayev bildirib. Qurum rəsmisi onu da əlavə etdi ki, bu gecə elektrik enerjisinin verilməsində problemlər olmayacaq: "Çalışacağıq ki, əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilsin”. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb kül...

913 Şou-biznes 13:42 29 noyabr 2015

Son xəbərlər