Nardarandan ən son xəbər var
Artıq axşam saatlarından başlayaraq Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb.
BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, umumiyyətlə ötən günlərlə müqaisədə bu gün meydana toplaşanların sayı azalıb. Artıq yaşlı insanlar, qadın və uşaqlar meydanı tərk edib, evlərinə çəkiliblər. Az sayda qalanların əksəriyyətini isə cavanlar təşkil edir.
Müşahidə edilən mənzərə odur ki, yerli qəsəbə sakinləri, yaşlı insanlar, qadın və uşaqlar kütlə psixologiyasından, hazırkı durumdan beziblər, normal həyata qayıtmaq istəyirlər. Bunu qəsəbə sakinlərinin dilindən də eşitmək olur.
Qəsəbədə kommunal vəziyyət olduğu kimi qalır. Borc səbəbindən elektrik enerjisinin verilişi, elektrik enerjisinin olmadığından isə telefon və internet kəsilib. Eyni səbəbə görə qaz təchizatı da dayandırılıb.
Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi yenə ciddi nəzarət altındadır. Nardaran qeydiyyatı olmayan şəxslərin və avtomobillərin qəsəbəyə girişinə icazə verilmir. Qəsəbəyə daxil olan bütün avtomobillər və şəxslərin sənədləri yoxlanılır.
BAKU.WS
Oxşar xəbərlər
Nardaran sakinlərinin işıqpuluna görə 42 milyondan çox borcu var
Dünəndən etibarən Nardaran qəsəbəsinə işıq verilməsində fasilə yaranıb. BAKU.WS-in məlumatına görə "Azərişıq” ASC Bakının Nardaran qəsəbəsində abunəçilərin ele...