Cəlilabadda fəlakət: kəndlərlə əlaqə kəsilib (FOTO)
Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb. BAKU.WS-in Report saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir. Yağışın yaratdığı sel suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb. Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası nəticəsində təhlükə aradan qaldırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda fövqəladə vəziyyət: sel körpünü dağıtdı (FOTO)
Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bir çox evlər sel suları altında qalıb. Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, onlarl...