Lənkəranda fövqəladə vəziyyət: sel körpünü dağıtdı (FOTO)

Lənkəranda fövqəladə vəziyyət: sel körpünü dağıtdı (FOTO)
Hadisə 962

Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bir çox evlər sel suları altında qalıb. Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, onlarla ev və küçə su altında qalıb. "Rayona yağan intensiv yağışlar nəticəsində Lənkəran çayı və digər xırda çaylarda su artımı olub. Nəticədə bir çox yeri sel aparıb. Hazırda mütəxəssislər ərazidə araşdırmalar aparır”, - deyə qurumdan bildirdilər. İcra Hakimiyyətindən bildirdilər ki, hazırda yaranmış problemlər aradan qaldırılır. Ərazilərdən sel suları təmizlənir. Bundan əlavə, fövqəladə hallar komissiyası tərəfindən dəyən ziyan araşdırılır. Lənkəran İcra hakimiyyətindən həmçinin bildirdilər ki, sel nəticəsində rayonda heç kim xəsarət almayıb.   Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni kəndi, Vilvan kəndi və Samurlu ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb. Yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağılıb. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Lənkəranda güclü sel: 150 ailə təxliyə edilib (VİDEO)

Lənkəranda güclü sel: 150 ailə təxliyə edilib (VİDEO)

Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyani sahələrini və yolları su basıb. Fövqəladə Hal...

1367 Hadisə 16:02 30 oktyabr 2015

Son xəbərlər