Azərbaycanda doğulan üçəm və əkizlərin sayı açıqlandı

Azərbaycanda doğulan üçəm və əkizlərin sayı açıqlandı
Sosial 930

 

"Azərbaycanda bu ilin son 8 ayında 1970 əkiz, 63-ü üçəm dünyaya gəlib". 

BAKU.WS-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev söyləyib. O bildirib ki, Azərbaycanda 18 yaşadək uşaqlar ölkə əhalisinin 26,7%-ini təşkil edir.

Şöbə müdirinin sözlərinə görə, 2014-cü ildə Azərbaycanda 170,5 min, bu ilin 8 ayı ərzində isə 109 min körpə dünyaya gəlib ki, onların da 53,2%-i oğlan, 46,8%-i isə qızlar təşkil edir.

"Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən  oğlanlarda 71,6, qızlarda isə 76,8 yaş təşkil edir. Son illərdə ölkədə körpə ölümü nəzərəçarpacaq qədər azalıb. Belə ki, ötən əsrin 60-cı illərində  körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 49,1 90-cı illərdə 28,2 olduğu halda, 2014-cü ildə bu göstərici azalaraq 10,2 təşkil edib", - deyə R.Allaverdiyev söyləyib.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycana gətirilən avtomobillərin sayı artdı

Azərbaycana gətirilən avtomobillərin sayı artdı

2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. BAKU.WS-in məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici...

1078 İqtisadiyyat 09:17 18 oktyabr 2015

Son xəbərlər