Azərbaycana gətirilən avtomobillərin sayı artdı

Azərbaycana gətirilən avtomobillərin sayı artdı
İqtisadiyyat 1078

 

2015-ci il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. 

BAKU.WS-in məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub. 

Dövlət Gömrük Komitəsinin statistik hesabatına əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda zənginlik vergisi tətbiq edilə bilər

Azərbaycanda zənginlik vergisi tətbiq edilə bilər

Azərbaycanda gələn il vergi daxilolmaları bazasının genişləndirilməsi gözlənilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9...

1584 İqtisadiyyat 12:11 17 oktyabr 2015

Son xəbərlər