Azərbaycanda zənginlik vergisi tətbiq edilə bilər
Azərbaycanda gələn il vergi daxilolmaları bazasının genişləndirilməsi gözlənilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman vurğuladığı məqamlar da təsdiq edir. BAKU.WS-in məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük orqanları şəffaf və səmərəli işləməlidir və belə olan təqdirdə büdcəyə daha çox vəsait toplaya bilərlər: "Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir".
Report dünya ölkələrində əlavə vergitutma mənbələrini araşdırıb. Bir çox Avropa ölkəsində, həmçinin Türkiyədə zənginlik vergisi və lyuks kateqoriyasına aid mallara tətbiq olunan vergi növləri mövcuddur. Məsələn, Fransa büdcə kəsirini bağlamaq üçün 2013-2014-cü illərdə illik gəliri 1 mln. avrodan artıq olan hüquqi və fiziki şəxslərə 75% vergi tətbiq edib. Türkiyə isə bu günə qədər "Özel Tüketim Vergisi” adı altında xüsusi vergi tətbiq edir ki, bu da lyuks mallara şamil olunur. Dünya təcrübəsində də qlobal böhran zamanı əsasən zəngin sinfin vergi yükü artırılır. Bu da kiçik və orta sahibkarlara yönələn əlavə vergi yükünün qarşısını alır. Azərbaycan inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək aşağıdakı yeni vergi növləri tətbiq edə bilər:
1. Çoxmənzilli bina evlərində 200 kv.m-dən artıq sahəsi olan mənzillərə, villa tipli evlərə əmlak vergisi tətbiq oluna bilər. Burada da şəhərdaxili və şəhərdənkənar zonalarda vergitutma fərqli olmalıdır.
2. Lyuks mallara, əsasən də xaricdən idxal olunan bahalı mallara yüksək vergi tətbiq oluna bilər. Bu mallara bahalı saatlar, brend zinət əşyaları, aksessuarlar aid ola bilər. 3. Motorun həcmi 4000 kub.sm-dən artıq olan avtomobillərə əlavə vergi tətbiq etmək mümkündür.
4. İdxal olunan, amma ölkə daxilində də istehsal olunan mallara əlavə gömrük və vergi rüsumunun tətbiq olunması.
5. Xaricdən idxal olunan bahalı spirtli içkilər və siqaret məmulatları və s. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda dərmanların qiyməti yenidən aşağı salınacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına...