"Suyun içində üzürük" - Şamaxıda leysan ciddi fəsadlar törətdi - VİDEO

Gecə saatlarında yağan güclü leysan yağışları Şamaxı sakinlərinə çətin anlar yaşadıb.
ARB TV xəbər verir ki, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Magistral yolları su basıb, sel suları iri çay daşlarını yuyaraq magistral yola töküb, nəticədə sürücülərin gediş gəlişi çətinləşib. Şamaxının Kür-Araz qəsəbəsində yaşayan Qurbanov Novruza məxsus evi də su basıb. Həyətin hasarı uçub, əkilən bostan bitkilərini isə sel yuyub aparıb. Qurbanov Novruzun dediyinə görə, hər dəfə güclü yağış yağanda çətinliklə üzləşir. Buna səbəb isə evinin çökəkdə yerləşməsi və kanalizasiya sisteminin olmamasıdır.
Novruz Qurbanov - Sakin: "Bu ikinci dəfədir ki, evimi su basıb. 25 manata şitil almışam. O ştilin biri də yoxdur".
Vəzxanım Şıxəliyeva - Sakin: "Suyun içində üzürük. Əkinim də belə getdi, toyuq-cücəm də belə getdi".
BAKU.WS

Oxşar xəbərlər
Güclü leysan və dolu rayonlarda ciddi fəsadlar törədib - VİDEO
Ötən gün yağan güclü leysan və dolu Qobustanda xeyli fəsad törədib: körpülər uçub, evləri və həyətləri su basib. Sel nəticəsində Bakı-Şamaxı magistralı da bağla...