Şamaxıda sel suları iki körpünü uçurub, bir kəndlə əlaqə kəsilib

Şamaxıda sel suları iki körpünü uçurub, bir kəndlə əlaqə kəsilib
Hadisə 1792
 

Şamaxı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışı fəsadlar törədib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nəticədə Pirsaat çayında suyun səviyyəsi qalxıb və rayonun Talışnuru dağ kəndi ilə gediş-gəliş kəsilib.

Bundan əlavə, dağlardan gələn sel suları kəndin daxilində olan 2 körpünü uçurub. Çayın sahilində yerləşən evləri su basıb. Uçulan körpüdən istifadə edərək çayın o tayındakı məktəbə gedən şagirdlərin işi çətinləşib. Sel torpaq axınını da aktivləşdirib. Dağdan axan torpaq bir evin üzərinə tökülüb.

Kənd sakinləri "Report"a bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.

Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır.

BAKU.WS

Oxşar xəbərlər

Şamaxıda üç kəndlə əlaqə kəsilib

Şamaxıda üç kəndlə əlaqə kəsilib

İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub. BAKU.WS "Report"un Şirvan bürosunun xəbərinə görə, nəticədə Şamaxının Qaleybuğurd,...

1343 Hadisə 23:23 18 may 2017

Son xəbərlər