Çay daşıb yolu bağladı, kəndlə əlaqə kəsildi - VİDEO

07
sen
2016
13:52
İşıq dirəkləri aşdı, torpaq sürüşməsi baş verdi. Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.
Kanal S (Region TV) xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.
Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib.
Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.
BAKU.WS

Oxşar xəbərlər
Qəbələnin kəndini sel vurdu: 53 nəfər xilas edildi (VİDEO)
Qəbələ rayonunun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib. BAKU.WS Region TV-yə ( Kanal S ) istinadən xəbə...