Daşkəsən və Şəkini dolu vurdu (VİDEO)

Daşkəsən və Şəkini dolu vurdu (VİDEO)
Video
Hadisə 1731
 

Axşam saatlarında Daşkəsən rayonuna yağan leysan yağış sonradan doluya çevrilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, dolu rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub.

Diametri 20-25 mm. olan dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib.

Hazırda rayonda yağış kəssə də, hava tutqundur və yenə yağıntı olacağı gözlənilir.

Şəkiyə də dolu düşüb. Kanal S-in (Region TV) məlumatına görə, Şəkiyə yağan leysan yağışları bir sıra fəsadlar törədib. Ən çox dolu Şəkinin Şin kəndinə yağıb.

Bəzi kəndləri sel basıb, əkin sahələrinə ziyan dəyib, ağaclar aşıb, telefon xəttləri kəsilib.

BAKU.WS

Oxşar xəbərlər

Hava yenə soyuyacaq

Hava yenə soyuyacaq

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məl...

1509 Şou-biznes 12:40 01 iyun 2016

Son xəbərlər