Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqə kəsildi

Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqə kəsildi
Hadisə 1827
 

Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.

"KANAL S" ( Region TV) xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər Ağdamın Evoğlu kəndinə də ciddi ziyan vurub (FOTO)

Ermənilər Ağdamın Evoğlu kəndinə də ciddi ziyan vurub (FOTO)

Erməni hərbi birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu kəndlərdən biri də Ağdamın Evoğlu kəndidir. Ermənilərin ağır...

1409 Siyasət 18:20 29 aprel 2016

Son xəbərlər