“Avtovağzal” metrostansiyasını su basdı
28
apr
2016
22:10
Yeni istifadəyə verilmiş "Avtovağzal” metrostansiyasının çatışmazlıqları elə ilk yağışda üzə çıxdı.
Gün.az xəbər verir ki, Bakıda axşam saatlarında başlayan və getdikcə güclənən yağış nəticəsində "Avtovağzal” metrostansiyasının içərisinə su dolur.
Xüsusilə, metrostansiyanın giriş-çıxış hissəsində suötürücü qurğuların olmaması nəticəsində yağış suları artıq eskalatora çatıb.
Eskalatoru su basması sərnişinlərin hərəkətinə ciddi çətinliklər törədib.
BAKU.WS
Oxşar xəbərlər
"Avtovağzal" stansiyasının yeni görüntüsü (FOTO)
Bu gün açılan "Avtovağzal" stansiyasının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Avtovağzal metrostansiyasının inşasına hələ 2009-cu ildə başlanı...