Leriki sel apardı (FOTO)
Bu gün axşam saatlarında Lerik rayonu ərazisində yağan güclü leysan nəticəsində Lənkəran-Lerik yolunun bir neçə istiqamətində nəqliyyatın hərəkətinə maneələr yaranıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, dağlardan və yarğanlardan axan sel suları özü ilə birlikdə odun parçaları və palçıq qatı gətirərək yolda maneələrin ortaya çıxmasına səbəb olub.
Ən son məlumata görə, çaylarda sululuq maksimum dərəcədə artıb.
Çay kənarında salınan istirahət mərkəzlərinə ciddi ziyan dəydiyi bildirilir. Sel suları bir neçə taxtadan olan katecləri (istirahət evini) qarşısına alaraq dağıdıb.
Rayon Fovqəladə hallar komissiyasının sədri Habil Məlikov Vizəzəmin, Çinqədulan, Züvüc, Əliabad, Nüvədi, Noda və daha bir neçə kəndlərdə yol infrastrukturuna, körpülərə və fərdi təsərrüfatlara ziyan dəydiyini təsdiqləyib.
O, mal-qara arasında da tələfatın olduğunu bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər kəndlərimizi vurur, bir neçə evdə yanğın baş verib (FOTO, VİDEO)
Ermənilər Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, ötən gecə Tərtərin yaşay...