İnsanlar Bakının mərkəzində su içində aciz vəziyyətdə qaldılar (VİDEO)

İnsanlar Bakının mərkəzində su içində aciz vəziyyətdə qaldılar (VİDEO)
Video
Hadisə 991

Ötən gün Bakıda yağış suları insanları çıxılmaz vəziyyətə salıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayonunda yağan intensiv yağışlar nəticəsində suyun səviyyəsi qalxmış, içərisində 7 nəfər olan 3 minik avtomobili yolda hərəkətsiz vəziyyətdə qalmışdır. FHN-in xilasediciləri xüsusi texnika vasitəsi ilə avtomobilləri kənara çəkmiş və vətəndaşları təxliyyə etmişlər. 

Ümumiyyətlə gecə ərzində Bakının küçələri yağış suları nəticəsində keçilməz olub.  

BAKU.WS

Son xəbərlər