Azərbaycanda leysan həyəcanı: bölgəyə əsgər və texnika göndərildi (FOTO, VİDEO)
Son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Mülki müdafiə qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunmuş, Cəlilabad rayonunda Əməliyyat qərargahı yaradılmış, rəhbər heyət bölgəyə ezam edilib. Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyyə edilib.
Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalmış və təhlükə qalmayıb.
Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda təbii fəlakətin vurduğu ziyan aradan qaldırılacaq (RƏSMİ)
Azərbaycanın cənub bölgəsinə yağan aramsız yağışlarla əlaqədar olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin həmin rayonlar üzrə Yol İstismar İdarələri güc...