Ermənilər Ağdamın Evoğlu kəndinə də ciddi ziyan vurub (FOTO)
Erməni hərbi birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu kəndlərdən biri də Ağdamın Evoğlu kəndidir.
Ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində kənddəki ev və obyektlər dağılıb, təsərrüfata ciddi ziyan dəyib. Mülki əhaliyə qarşı ağır artilleriya atəşi açan erməni hərbi birləşmələri, həmçinin kənddə yerləşən fermer təsərrüfatını gülləbaran edib. Nəticədə kənddə onlarla ev və obyektə ciddi ziyan dəyib, fermer təsərrüfatı və fərdi həyətlərdə mal-qara tələf olub.
Trend-in xüsusi müxbiri hadisə yerindən fotoları təqdim edir.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olub. Jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər. Onlar ziyan çəkən kənd sakinləri ilə də görüşüblər.
Xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.
BAKU.WS
Oxşar xəbərlər
Tərtərdən SON XƏBƏR: 3 dinc sakin həlak olub
Ermənilər ötən gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar. BAKU.WS Trend-ə istinad...