Cəlilabadda su bəndi dağıldı, Ələt-Astara magistral yolu bağlandı

Cəlilabadda su bəndi dağıldı, Ələt-Astara magistral yolu bağlandı
Hadisə 1619
 

Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində yerləşən su bəndi aşıb, nəticədə ətraf ərazini su basıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, buna intensiv yağışlar səbəbindən suyun səviyyəsinin qalxması səbəb olub.

Hadisə nəticəsində həmçinin Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.

Hazırda işlər davam etdirilir.

Xatırladaq ki, yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

Mişarçay çayının məcrasından çıxması səbəbindən

BAKU.WS

Son xəbərlər