Zaqatalada leysan yağışlar fəsadlar yaradıb, həyətyanı sahələri su basıb
10
avq
2018
23:50
Dünən gecə saatlarından başlayan leysan yağışları Zaqatalada müəyyən fəsadlara yol açıb.BAKU.WS report.az-a istinadən bildirir ki, rayon ərazisindən keçən dağ çaylarında suyun səviyyəsinin artması nəticəsində bir neçə evin zirzəmisinə, birinci mərtəbəsinə və həyətyanı sahələrə su dolub.Rayon üzrə kütləvi fəsad və ziyan qeydə alınmasa da şəhər sakini Ünbülbanı Məmmədovaya məxsus iki mərtəbəli evin 1-ci mərtəbəsi tamamilə yararsız vəziyyətə düşüb.Əlverişsiz hava şəraiti nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaransa da, səhər saatlarından etibarən, problem tam aradan qaldırılıb.Rayonun əksər ərazisini suyla təmin edən Tala çayına gələn sel su xəttlərinədə xeyli ziyan vurub.BAKU.WS
Oxşar xəbərlər
Daşkəsən təbii fəlakət - xəsarət alanlar var FOTO
Daşkəsən rayonunda güclü leysan bir sıra fəsadlar törədib.BAKU.WS xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyətindən (RİH) “report"a məlumat verilib....