AzTV-nin keçmiş sədr müavini vəfat edib - VİDEO

Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi Cavanşir Cahangirov vəfat edib.
BAKU.WS xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən 65 yaşlı Əməkdar jurnalist bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.
Cavanşir Canahgirov vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb.

O, əmək fəaliyyətinə Azərbaycan televiziyasında başlayıb. Bu televiziyanı özünə təkcə iş yeri deyil, həm də doğma yurd edə bilib.Cavanşir Cahangirov ən əsası bu məktəbin öz sözünü deyən müəllimi ola bilib.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabr 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub.
2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
Allah rəhmət etsin!
Oxşar xəbərlər
Bakıda müəllimə və qayınanası qripdən ölüb? - RƏSMİ AÇIQLAMA
249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib. BAKU.WS xəbər verir ki, News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə...
