Bakıda müəllimə və qayınanası qripdən ölüb? - RƏSMİ AÇIQLAMA

249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.
BAKU.WS xəbər verir ki, News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib.
Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib.
Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.
Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik.
Sorğunun cavabı dərc olunacaq.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda heç bir xəstəxanada qriplə bağlı ölüm faktı qeydə alınmayıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiasına - RƏSMİ AÇIQLAMA
"1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib" BAKU.WS xəbər verir ki, belə bir iddia ilə bəzi müxalifətyö...
